• USD 1,7000 0,00% EUR 2,0681 0,00%
    • GBP 2,3774 0,00% RUB 0,0230 0,00%

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasından danışdı

  • Region
  • 14 Aprel 2021 11:49
  • 840 Baxış
Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasından danışdı

“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.

Publika.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.

“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, - o vurğulayıb.

XİN başçısı hesab edir ki, Rusiyanın qərarı tamamilə insanların sağlamlığının qorunması ilə bağlıdır: “Almaniya ilə ötən il bu istiqamətdə etdiyimiz əməkdaşlığı Rusiya ilə də görmək istədiyimizi onlara çatdırdıq. Bu çərçivədə Rusiyadan nümayəndə heyəti gəlib, Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərini yerində araşdıracaq”, -

Qeyd edək ki, Rusiya COVID-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet