Türkiyə ordusu daha iki terrorçunu MƏHV ETDİ
Bizi izləyin

Region

Türkiyə ordusu daha iki terrorçunu MƏHV ETDİ

Türkiyə təhlükəsizlik qüvvələrinin Diyarbəkirdə həyata keçirdikləri “Eren-2” antiterror əməliyyatı çərçivəsində daha iki terrorçu zərərsizləşdirilib.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, məhv edilən terrorçular 2020-ci il aprelin 8-də beş mülki şəxsi, cari il yanvarın 9-da isə atışma nəticəsində bir hərbçini qətlə yetirmiş PKK üzvləridir.

Daxili işlər naziri Süleyman Soylu sosial şəbəkə hesabından etdiyi paylaşımda məlumat verib ki, araşdırma zamanı onlardan birinin “Dara Zagros” ləqəbli axtarışda olan terrorçu Abdulsittar Özər olduğu təsbit edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm