Ərdoğan NATO-nun baş katibi ilə danışdı
Bizi izləyin

Region

Ərdoğan NATO-nun baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında Egey, Şərqi Aralıq dənizi, Liviya və Əfqanıstandakı hadisələr, eyni zamanda, Rusiya-Ukrayna böhranı başda olmaqla, regional məsələlər müzakirə olunub.

Ərdoğan görüşdə Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizində sabitliyin olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Liviyada yeni hökumətə müdafiə və təhlükəsizlik sahəsində dəstək vermək lazımdır.

“Türkiyənin imzaladığı müqavilələr çərçivəsində bu istiqamətdə töhfə verir”, - Ərdoğan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm