Türkiyədə daha 288 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 288 nəfər virusun qurbanı oldu

Türkiyədə son ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 288 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 35 608 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 62 606 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 212 645 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 52 184 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 643 734 nəfər təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm