Fuad Oktay: "Şimali Kiprin verdiyi qərar vicdanları yaraladı"
Bizi izləyin

Region

Fuad Oktay: "Şimali Kiprin verdiyi qərar vicdanları yaraladı"

"Şimali Kipr Türk Respublikası Konstitusiya Məhkəməsinin Quran kursu qərarıyla əlaqədar verilən qərar xüsusilə yaşadığımız Ramazan ayında vicdanları yaraladı".

Publika.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bu qərar və sonra edilə biləcək tənzimləmələrlə bağlı danışaraq deyib

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Şimali Kiprin başçısı Ersin Tatar və ölkənin baş naziri Ersan Sanerə zəng vurub:

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 16-da Şimali Kiprin gəldi. Mövzu ilə bağlı söhbətlər davam edir. Dövlət lazımi nəzarəti təmin edərək hər kəsin din və vicdan azadlığını qorumaq məcburiyyətindədir. Türkiyədə necə ki Diyanət İşləri İdarəsi dövlətin nəzarəti çərçivəsində dini təhsili verir, Şimali Kiprin də Dini İşlər İdarəsi bunu edə bilməlidir. Biz Şimali Kiprdə din və vicdan azadlığının zəmanət altına alınmasına əhəmiyyət veririk və bunun təqibçisi olacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm