Türkiyədə TARİXİ GÜN: 1001 metrlik "Hasankeyf-2" istifadəyə verilir
Bizi izləyin

Region

Türkiyədə TARİXİ GÜN: 1001 metrlik "Hasankeyf-2" istifadəyə verilir

Bu gün Türkiyədə ölkənin ən uzun körpülərindən biri "Hasankeyf-2"nin açılış mərasimi keçiriləcək. Körpü Türkiyənin cənub-şərqində, Dəclə çayı üzərinə tikilib.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, 1001 metr uzunluğundakı körpü Batman-Midyat magistral yolunun vacib hissəsidir və ölkənin ən uzun körpülərindən biridir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayiloğlu körpünün açılış mərasimində iştirak edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan mərasim iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm