Rusiya Qafqazda yeni diviziya yaratdı
Bizi izləyin

Region

Rusiya Qafqazda yeni diviziya yaratdı

Cənub Hərbi Dairəsində 2020-ci ildə daha bir motoatıcı diviziya yaradılıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O, bunun döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində görülən 54 təşkilati tədbirdən ən önəmlisi olduğunu bildirib.

Şoyqu, həmçinin 2020-ci ildə Cənub Hərbi Dairəsinin 3200 müasir texnika aldığını qeyd edib.

Nazirin sözlərinə görə, Cənub Hərbi Dairəsinin döyüş imkanlarının artırılması Yaxın Şərq və Cənubi Qafqazdakı qeyri-stabil vəziyyətlə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm