• USD 1,7000 0,00% EUR 2,0439 -0,15%
    • GBP 2,3648 +0,22% RUB 0,0227 +0,44%

Ərdoğan BƏYANAT YAYDI: Çevriliş, xunta, qəyyumluq təşəbbüsləri...

  • Region
  • 23 Aprel 2021 08:12
  • 703 Baxış
Ərdoğan BƏYANAT YAYDI: Çevriliş, xunta, qəyyumluq təşəbbüsləri...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanat Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən yayımlanıb.

Bəyanatda deyilir:

"15 iyul 2016-cı ildə xain FETÖ-çülər tərəfindən bombalanan ali Məclisimiz milli iradənin təzahürü olaraq varlığını sonsuza qədər davam etdirəcək.

Türkiyə Böyük Millət Məclisinin qurulmasının 101-ci ili ilə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edirəm. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamalın dünya uşaqlarına ərmağan etdiyi bu xüsusi günün millət və uşaqlar üçün xeyirli olmasını diləyirəm.

Məclis 23 Aprel 1920-ci ildən bəri bir çox çətinlikdən qurtuldu. Milli Mübarizədə (1919-1922) şərəflə qazandığı "qazilik" ünvanını 15 İyul çevriliş cəhdində ikinci dəfə aldı.

Çevriliş, xunta, qəyyumluq təşəbbüsləri və terror hücumlarına məruz qalan, son olaraq da 15 iyul 2016-cı ildə xain (Fetullahçı Terror Təşkilatı) FETÖ-çülər tərəfindən tərəfindən bombalanan ali Məclisimiz milli idarənin təzahürü kimi varlığını sonsuza qədər davam etdirəcək. Türkiyə Böyük Millət Məclisinin çətri altında böyük və güclü Türkiyə ideyası ilə birləşən millətimiz üçün daha güclü, daha çiçəklənən bir Türkiyə qurmaq, gələcək nəsillərə qürur duyacaqları bir ölkə buraxmaq üçün bütün gücümüzlə işləyirik.

İstiqlal müharibəmizin Baş komandanı, Türkiyə Böyük Millət Məclisinin ilk sədri, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal ilə birlikdə bütün şəhidlər və qazilərimizi rəhmətlə, minnətdarlıqla yad edirəm. Bütün övladlarımızı bu xüsusi bayram münasibətilə ürəkdən təbrik edirəm".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
1xBet