Mustafa Şentop: "Hadisələrin soyqırımı olaraq tanınmasının heç bir beynəlxalq hüquqi şərtləri yoxdur"
Bizi izləyin

Region

Mustafa Şentop: "Hadisələrin soyqırımı olaraq tanınmasının heç bir beynəlxalq hüquqi şərtləri yoxdur"

Erməni tərəfinin tarixi gerçəklərə ziddi olaraq ortaya atdığı və digər ölkələrə də qəbul etdirməyə çalışdığı qondarma soyqırımı iddiaları Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması səylərinə kölgə salmaqdadır. Ümidvarıq ki, bu cür əsassız yanaşma və proseslər artıq sona çatır. Biz Türkiyə olaraq sülh zəminində uzlaşmaq üçün çoxistiqamətli addımlar atmağa davam edəcəyik.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 1915-ci il hadisələrinə münasibət bildirərkən söyləyib.

Erməni terror təşkilatı ASALA tərəfindən amansızcasına qətlə yetirən türk diplomatlarının xatirəsini Ankaradakı “Cebeci Asri” məzarlığında dövlət və hökumət nümayəndələri ilə birlikdə ehtiramla yad edən Türkiyə parlamentinin rəhbəri deyib: “1973-cü ildən başlayaraq tarixdə bərabəri olmayan alçaqlıqla törədilən terror aktları türk diplomatlara qarşı illərlə davam edən bir terror dalğasını gətirib”.

“Elçiyə zaval olmaz” ifadəsini xatırladan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop müasir dünyanın gözləri qarşısında bu anlayışın erməni terror təşkilatları tərəfindən heçə sayıldığını və bu terror aktlarını törədən cinayətkarların bəzi ölkələrdə tələb olunan səviyyədə cəzalandırılmamasından təəssüfləndiyini ifadə edib. Parlamentin sədri bildirib ki, soyqırımı anlayışı son dərəcə aydın bir təsəvvürdür. 1915-ci il hadisələrinin soyqırımı olaraq tanınması üçün beynəlxalq hüququn müəyyən etdiyi şərtlərin heç biri yoxdur.

Xatırladaq ki, erməni terror təşkilatlarının 1973-cü ildən başlayaraq xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. Həmin terrorçuların əksəriyyəti Ermənistan dövləti tərəfindən qəhrəmanlaşdırılıb. Terrorçular Ermənistan hökumətinin qərarı ilə bu ölkədə təntənə ilə dəfn edilir. Onların cəsədləri ayrı-ayrı ölkələrdən gətirilərək İrəvandakı hərbi qəbiristanlıqda basdırılır, terrorçulara abidə qoyulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm