Türkiyə XİN-dən Baydenin bəyanatına SƏRT CAVAB
Bizi izləyin

Region

Türkiyə XİN-dən Baydenin bəyanatına SƏRT CAVAB

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatını qəbul etmədiyini və qətiyyətlə pislədiyini bildirib.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN-in açıqlamasında “tarixi mövzularda qərar verməyə nə hüquqi, nə əxlaqi baxımdan səlahiyyəti olmayan ABŞ Prezidentinin bəyanatının heç bir dəyəri yoxdur” ifadələri yer alıb.

Nazirlikdən verilən yazılı açıqlamada qeyd olunub ki, 1915-ci il hadisələri barədə soyqırımı ifadəsinin işlənməsi üçün beynəlxalq hüquqda müəyyən edilən şərtlərin heç biri yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm