ABŞ-la gərginlik bir ay davam edəcək, iki ay sonra isə... - Türkiyəli ekspertlər AÇIQLADI
Bizi izləyin

Region

ABŞ-la gərginlik bir ay davam edəcək, iki ay sonra isə... - Türkiyəli ekspertlər AÇIQLADI

"ABŞ Prezidenti Co Baydenin bu qərarı almasının arxasında Türkiyə siyasəti durur. Ermənilərlə yaxın əlaqələri ilə tanınan yeni ABŞ liderinin bu məsələni bir neçə dəfə Senata təqdim etdiyi də məlumdur".

Publika.az xəbər verir ki, bu sözləri Sakarya Universitetinin Türk-Erməni Əlaqələri Araşdırma Mərkəzinin müdiri professor Haluk Selvi deyib.

Haqlı olduğu mövzuda Türkiyə heç vaxt boyun əyməyəcək

Professor bildirib ki, Bayden Türkiyə əleyhinə siyasət yürüdür: "Bayden bu qərarı ilə Türkiyəyə düzən vermək, ABŞ siyasətinə isə haqq qazandırmaq istəyir. Digər tərəfdən, düşünürəm ki, son 10 ildə Türkiyənin siyasət dünyasında xüsusi yerə sahib olması, xüsusilə Yaxın Şərq və Balkanlarda öz siyasətini qurmasının da bu qərarın verilməsinə təsiri oldu".

H.Selvi Baydenin bu bəyanatının Türkiyə-ABŞ münasibətlərinə qısa və uzun vadədə təsirinin olacağına diqqət çəkib: "Qısamüddətli olaraq Türkiyə ictimaiyyəti arasında ABŞ əleyhinə çıxışlar artacaq. Ancaq Rəcəb Tayyib Ərdoğan ilə Co Bayden arasında olacaq mümkün danışıqlar bu gərginliyi azalda biləcək".

ABŞ-ın qondarma soyqırımı ilə bağlı konkret addımlar atma ehtimalının çox yüksək görünmədiyini bildirən professor, bütün tarixi dəlillərin və məlumatların 1915-ci il hadisələrinin "soyqırımı" olmadığını ortaya qoyduğunu vurğulayıb: "Bu mövzunu tarixçilər müzakirə etsin, siyasətçilər yox. Həm Yaxın Şərq, həm də Qafqaz siyasəti baxımından ABŞ tam şəkildə Türkiyəni gözdən kənara qoya bilməz. Bu açıqlamanı sadəcə kiçik bir gözdağı və xəbərdarlıq olaraq qəbul edirəm. Amma Türkiyə həm daxildəki, həm də xaricdəki açıqlamalar qarşısında açıq bir münasibətini ortaya qoydu. Haqlı olduğu mövzuda Türkiyə heç vaxt boyun əyməyəcək. Çünki olmayan hadisələr üzərindən siyasət inşa etmək, Türkiyəyə bir düzən vermək və ya qarşısına xətt çəkmək heç kimin həddinə deyildir".

Bu gərginlik bir ay davam edəcək

Bahçeşehir Universiteti Amerika Araşdırmalar Mərkəzinin müdiri, dosent Burak Kuntay ABŞ Prezidenti Co Baydenin açıqlamasının Türkiyə-Amerika münasibətlərində inqilabi bir qərar kimi qəbul edilməməli olduğunu söyləyib: “ABŞ prezidentləri bu ifadəni tarixdə üç dəfə oxşar mövzularda istifadə ediblər. İndiyədək bu mövzunun gündəmə gəlməməsi və ya 2019-cu ildə Konqresdə təsdiqlənməməsi daim Türkiyənin geosiyasi önəmindən qaynaqlanıb. Ağ Ev S-400 və Türkiyə-Rusiyaya yaxınlaşmasından sonra, Türkiyəyə zərər verə biləcək yeganə məsələnin bu olduğunu düşünüb”.

B.Kuntay bu məsələnin Türkiyə-ABŞ münasibətlərində necə əksini tapacağına da münasibət bildirib: “Bu sual 20 il əvvəl verilsəydi, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etmiş bir dövr olduğu üçün pis şeylərin baş verəcəyini söyləyərdim. Son 10-15 ilə - Şimali İraqda yaşananlardan FETÖ məsələsinə, Türkiyəyə tətbiq olunan maliyyə təzyiqlərindən viza krizlərinə qədər yaşanan olaylara baxdığımızda münasibətlərin onsuz da böhran vəziyyətinə gəldiyini görərik.

Yəni iki ölkə arasındakı münasibətlərin dəyişmə ehtimalı qalmayıb, amma hər şeyə baxmayaraq, bu gərginlik bir ay davam edəcək, iki aydan sonra isə yəqin ki, bu mövzuda danışmayacağıq".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm