Çavuşoğlundan Bakıya gələn Lavrova KRİTİK ZƏNG: Qarabağda...
Bizi izləyin

Region

Çavuşoğlundan Bakıya gələn Lavrova KRİTİK ZƏNG: Qarabağda...

Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

"Nazirimiz Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışıqları apardı. Fələstin və Qüdsdəki son hadisələr müzakirə edildi", - mənbə bildirib.

Qeyd edilib ki, Çavuşoğlu eyni mövzuları İran, Pakistan və Əlcəzair xarici işlər nazirləri ilə də müzakirə edib.

Bundan əlavə, diplomatlar Qarabağ ətrafında vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi qeyd ediblər.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi bundan önccə İsrail polisinin Qüdsdəki hərəkətlərini qınayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm