Türkiyə ordusunun karvanına HÜCUM EDİLDİ: 1 şəhid, 4 yaralı
Bizi izləyin

Region

Türkiyə ordusunun karvanına HÜCUM EDİLDİ: 1 şəhid, 4 yaralı

Mayın 10-da "Bahar Qalxanı" əməliyyatının aparıldığı bölgədə təchizat karvanına raket zərbəsi endirilib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Türkiyə ordusunun bir əsgəri şəhid olub, digər 4-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər.

Hücumdan sonra bilinən hədəflər atəşə tutulub.

Nazirlik şəhidin ailəsinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib. Yaralı əsgərlərə şəfa diləyib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm