Türkiyədə koronavirusla mübarizə tədbirləri davam edəcək
Bizi izləyin

Region

Türkiyədə koronavirusla mübarizə tədbirləri davam edəcək

Yeni növ koronavirus infeksiyası ilə mübarizədə sosial məsafə saxlamaq, təmizlik və maska taxmaq ümumi qayda olaraq davam edəcək. Görülən tədbirlər çərçivəsində peyvəndləməni sürətləndiririk. Müəllimlər başda olmaqla, risk qruplara daxil olan təbəqələr tezliklə tamamən vaksinləşəcəklər.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib. Mayın 17-dən iyunun 1-dək ölkə üzrə mərhələli normallaşma tədbirləri həyata keçiriləcək. Bu dövrdə həftənin ilk beş günü “Evdə qal!” rejimi saat 21:00-dan ertəsi gün saat 05.00-dək, həftənin cümə günləri tətbiq olunan eyni qayda həmin saatda başlayıb bazar ertəsi saat 05.00-dək qüvvədə olacaq. Şəhərlərarası səyahətlər “Evdə qal!” rejiminə daxil olmayan saatlarda həyata keçiriləcək. İyunun 1-dək atılacaq addımlar qarşıdakı günlərdə ictimaiyyətə elan ediləcək.

Son günlər Fələstində baş verən qanlı hadisələrə münasibət bildirən dövlət başçısı, həmçinin builki mövsümündə Türkiyədə kənd təsərrüfatı məhsullarının alış qiymətləri ilə bağlı hökumətin qərarını ictimaiyyətə açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm