İran Rusiya ilə ANLAŞDI: Regional təhlükəsizlik...
Bizi izləyin

Region

İran Rusiya ilə ANLAŞDI: Regional təhlükəsizlik...

Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Alexander Fomin Moskvada keçirilən görüşdə İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək nazirinin müavini briqada generalı Xocatolla Koreyşi ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər: "Regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb".

Məlumata əsasən, tərəflər "dialoqun dərinləşməsinə və müdafiə sahəsində əlaqələrin inkişafına sadiq olduqlarını təsdiqlədilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm