Türkiyə Rusiyaya qoyduğu BU QADAĞANI ləğv edir - Tarix AÇIQLANDI
Bizi izləyin

Region

Türkiyə Rusiyaya qoyduğu BU QADAĞANI ləğv edir - Tarix AÇIQLANDI

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan Rusiya vətəndaşlarına tətbiq olunan Türkiyəyə uçuş məhdudiyyətinin iyunun 21-dən sonra qaldırılacağını bildirib.

Publika.az xəbər verir ki, N.Alparslan Rusiyadan nümayəndə heyətinin Türkiyəyə gələcəyini və tədbirlər görəcəyini qeyd edib.

"Bu məhdudiyyətlər iyunun 21-dən sonra qaldırılacaq. Beynəlxalq uçuşların açılması ilə hərəkətlilik başlayacaq. Almaniya, İngiltərə, Niderland kimi ölkələrdə də Türkiyəyə daha uyğun səviyyədə səyahətin başlamasını gözləyirik", - o əlavə edib.

Rusiyaya son səfəri zamanı mövsüm üçün görülən tədbirlər barədə həmkarlarına məlumat verdiyini bildirən Alpaslan ruslara Türkiyənin nə qədər təhlükəsiz olduğunu izah etdiklərini deyib.

Rusiya ilə danışıqların davam etdiyini vurğulayan Alpaslan belə davam edib: "Rusiyadan heyət Antalyaya, turizm bölgələrinə gələcək, gördüyümüz tədbirlərlə tanış olacaq. Hazırda bəzi fəaliyyətlər var, ancaq bunun səviyyəsi artacaq. Müəssisələrimizin kifayət qədər turistə çatması üçün məhdudiyyətlərin qaldırılması və uçuşların artırılması lazımdır. Daxili turizm də iyun ayından etibarən aktivləşməyə başlayır. İyul, avqust və sentyabr aylarının da istədiyimiz səviyyədə keçəcəyini gözləyirik".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm