Putindən Baydenlə bağlı AÇIQLAMA: Razılaşma əldə edilsə...
Bizi izləyin

Region

Putindən Baydenlə bağlı AÇIQLAMA: Razılaşma əldə edilsə...

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə 16 iyun tarixində aralarında baş tutacaq görüşdə strateji sabitlik, regional qarşıdurmalar və ətraf mühit məsələlərini müzakirə edəcəklərini söyləyib.

Publika.az xəbər verir ki, bu barədə V.Putin Zirvə toplantısından əvvəl dövlət televiziyasına verdiyi müsahibəsində deyib.

Rusiya Prezidenti görüşün bəzi bölgələrdə qoşunların yığılması ilə əlaqəli təhlükəsizlik problemlərinin həllinə yol açacağına ümid etdiyini, əsas məqsədin dialoq qurmaq və birbaşa ünsiyyəti bərpa etmək olduğunu bildirib.

Görüşdən əvvəl Vaşinqtonun mənfi ritorikasını daha müsbət bir atmosfer üçün azaltdığını deyən Putin Baydenin Yeni Başlanğıc Sazişini uzatmasını "peşəkarlıq" kimi xarakterizə edib.

Rusiya Prezidenti qarşılıqlı razılaşma əldə ediləcəyi təqdirdə kiber cinayətkarları ABŞ-a təhvil verməyə hazır olduqlarını da söyləyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm