• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Ərdoğandan SON MESAJ: "Buradan Azərbaycana..."

  • Region
  • 14 İyun 2021 22:36
  • 3 218 Baxış
Ərdoğandan SON MESAJ: "Buradan Azərbaycana..."

"Buradan Azərbaycana yolçuluq var".

Publika.az xəbər verir ki, bunu Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ lideri Co Baydenlə görüşdən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Keçirdiyi görüşlərlə bağlı jurnalistlərin suallarını cavablandıran Türkiyə lideri sonda Azərbaycan səfər edəcəyi ilə bağlı növbəti dəfə mesaj verib.

Bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək.

İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR