Mehrəlizadə namizədliyini geri götürdü
Bizi izləyin

Region

Mehrəlizadə namizədliyini geri götürdü

İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş Möhsün Mehrəlizadə seçkilərə 2 gün qalmış namizədliyini geri götürüb.

Publika.az İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə M.Mehrəlizadə məktubla daxili işlər nazirinə müraciət edib. Namizədin istəyi təmin olunub və onun adı seçki bülletenindən çıxarılıb.

Beləliklə iyunun 18-də İranda keçiriləcək Prezident seçkilərində artıq 7 deyil, 6 namizəd mübarizəni davam etdirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm