Türkiyədə daha 65 nəfər virusdan VƏFAT ETDİ
Bizi izləyin

Region

Türkiyədə daha 65 nəfər virusdan VƏFAT ETDİ

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 65 nəfər vəfat edib.

Publika.az ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 23-də yoxlanış məqsədilə götürülən 224 192 testdən 5809-u müsbət çıxıb.

Sutka ərzində 5917 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 248 862 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 763 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm