Türk PUA-ları müharibənin gedişatını dəyişdi – Fransa KİV
Bizi izləyin

Region

Türk PUA-ları müharibənin gedişatını dəyişdi – Fransa KİV

Türkiyə PUA-larına əsasən keçmiş Sovet ölkələrindən tələbat var.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.

“Baykar” şirkəti tərəfindən istehsal edilən PUA-lar 3 müharibə bölgəsində öz gücünü göstərib. Burada türk PUA-ları tankları, zirehli texnikaları, silah anbarlarını və hava müdafiə sistemlərini vuraraq müharibənin gedişatını dəyişib.

Türkiyə 10 ildən də qısa müddət ərzində ABŞ, İsrail və Çin kimi PUA istehsalçıları arasında yer alıb.

Bu PUA-lar arasında ən çox tələb görən “Bayraqdar-TB2”dir. Çünki bunlar düşmənin yeri ilə bağlı məlumat toplayır, döyüş təyyarələrini hədəfə yönəldir və daşıdığı 4 lazerlə idarə olunan raket sayəsində öz hücumlarını təşkil edə bilir”, - qəzet yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm