PKK-dan qaçan üç terrorçu Türkiyəyə TƏSLİM OLDU
Bizi izləyin

Region

PKK-dan qaçan üç terrorçu Türkiyəyə TƏSLİM OLDU

PKK terror təşkilatından qaçan üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin koordinasiyası ilə aparılan inandırma səyləri nəticəsində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.

Terrorçuların 2013-2015-ci illər arasında PKK-ya qoşulub Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.

İnandırma səyləri nəticəsində bu il təslim olan terror təşkilat mənsublarının sayı 89-a yüksəlib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyi Şırnak vilayətinin mərkəz qəsəbəsi Bestler Dereler bölgəsində 2 PKK/KCK terrorçusunun da zərərsizləşdirildiyini bildirib.

"Eren-13" əməliyyatı çərçivəsində bölgədəki əməliyyatlar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm