Türkiyədən FETÖ-ya AĞIR ZƏRBƏ - Ərdoğan AÇIQLADI
Bizi izləyin

Region

Türkiyədən FETÖ-ya AĞIR ZƏRBƏ - Ərdoğan AÇIQLADI

"Əməliyyatlar nəticəsində PKK üst heyyəti tarixində ilk dəfə Şimali İraqda hərəkət edə, toplana və təşkilatı idarə edə bilməyəcək hala gəldi".

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciəti zamanı deyib.

"Mübarizənin uzun müddətli olduğunu bilsək də FETÖ məsələsini həll edilməsi və aradan qaldırılması üçü çalışmağa davam edəcəyik. Ölkə xaricində təşkilat üzvlərinə qarşı fəaliyyət çərçivəsində bu günə qədər bir çox ölkədən 100-dən çox şəxsin Türkiyəyə gətirildiyini söyləyə bilirik. MİT-in real və səbirli fəaliyyəti nəticəsində FETÖ-nün Orta Asiya üzrə baş məsul şəxsi Orhan İnandı ölkəmizə gətirilərək məsuliyyətə cəlb edilib. Bu millətə və dövlətə xəyanət edən, tələ quran, qan tökən, maddi-mənəvi ziyan verən heç bir quruluşun mövcud olmasına icazə verməyəcəyik", - deyə Türkiyə lideri bildirib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm