Hansı ölkəyə getsək, orada türklər... - Zaxaroviç
Bizi izləyin

Region

Hansı ölkəyə getsək, orada türklər... - Zaxaroviç

Türkiyənin zirehli avtomobil şirkətləri ən böyük rəqibimizdir. Hansı ölkəyə məhsulumuzu aparmaq istəsək, orada hər kəslə dostluq münasibətləri qurmağ bacarmış və məhsullarını təqdim etmiş türk müəssisələri var.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın zirehli nəqliyyat şirkəti "Remdizel"in baş dizayneri İqor Zaxaroviç deyib.

Zaxaroviç Türkiyə şirkətlərinin uğrunun səbəbini belə izah edib: "Türkiyə qanunvericiliyi yerli müəssisələrə öz nəqliyyat vasitələrini rəsmi qurumlardan icazə almadan xaricə təklif etməyə imkan verir. Son 5 ildə Türkiyədə ixracat 30 faiz artıb, idxal isə 59 faiz azalıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm