Türkiyədə heyvanlara qarşı zorakılıq cinayət hesab olunacaq
Bizi izləyin

Region

Türkiyədə heyvanlara qarşı zorakılıq cinayət hesab olunacaq

Türkiyə Böyük Millət Məclisi heyvanların qorunması ilə bağlı qanun qəbul edib.

Publika.az "Haber Global"a istinadla xəbər verir ki, yeni qərara əsasən, heyvanlara işgəncə vermək, onlara amansızlıq və qəddarlıq göstərmək, cinsi təcavüz etmək cinayət hesab olunacaq.

Heyvan sahiblərinin məsuliyyətləri genişləndiriləcək.

Ev heyvanını qəsdən öldürən şəxs 6 aydan 4 ilə qədər, cinsi təcavüz edənlər, işgəncə verənlər isə 6 aydan 3 ilə qədər həbs ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm