Ərdoğan ELAN ETDİ: Müjdəni Kıbrısda verəcəm...
Bizi izləyin

Region

Ərdoğan ELAN ETDİ: Müjdəni Kıbrısda verəcəm...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da Şimali Kipr Türk Respublikasına səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri Şimali Kipr Türk Respublikasının parlamentində çıxış edərkən müjdə verəcəyini bəyan edib:

"Geniş bir heyətlə Kıbrısa gedəcəyik. Birinci gün parlamentdə millət vəkillərinə xitab edəcəm. Bununla yanaşı, Şimali Kiprə müjdəmi də parlamentdə vermək istəyirəm. Gözəl bir addımımız var. Əsas işlərini bitirdik".

"İyulun 20-sində hər il keçirilən Barış və Azadlıq Bayramı mərasimlərində iştirak edəcəm. Builki tədbirlərdə ən gözəl şəkildə istər namizədə, istərsə də bütün dünyaya cahan sülhünün təsisi üçün mesajlarımız olacaq. Eyni zamanda ikitərəfli və heyətlərarası görüşlərimiz var. Beləcə, bu səfəri məhsuldar edəcəyik", - Ərdoğan vurğulayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm