Ərdoğan RƏSMƏN ELAN ETDİ: Yaxında konkret nəticələri görəcəyik... - VİDEO
Bizi izləyin

Region

Ərdoğan RƏSMƏN ELAN ETDİ: Yaxında konkret nəticələri görəcəyik... - VİDEO

"Artıq Kıbrıs türklərinin beynəlxalq görüşlərdə tək tələbi suveren dövlət statuslarının tanınmasıdır. Bunun xaricində bütün təkliflər gerçəkliyini itirib".

Publika.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Kıbrıs Türk Cümhuriyyəti rəsmən elan edildi

Türkiyə lideri Kıbrıs Türk Cümhuriyyətinin (KTC) geniş şəkildə tanınması üçün bütün səylərini səfərbər edəcəklərini qəti şəkildə bəyan edib:

"Adada iki günlük görüşlərimiz zamanı kıbrıslı qardaşlarımızın bu mövzuda qərarlı olduqlarını gördük. 2023-cü il hədəflərimizə doğru qətiyyətlə gedirik. Önümüzdə qurulan tələləri bir-bir boşa çıxardırıq.

1963-cü ildən etibarən Kıbrıs Türklərinə qətliam daxil olmaqla hər cür haqsızlıq edən onlardır. Türkiyənin göstərdiyi xoş niyyətə rəğmən əleyhimizə çalışan rumlardır. Masadan qaçan rumlardır. Kıbrıs türkü qardaşlarımızın suveren dövlət yaratmaq təklifini sona qədər dəstəkləyirik. Bizim üçün Şimali Kıbrıs, Cənubi Kıbrıs deyə bir konsepsiya qalmayıb. Bizim üçün sadəcə Kıbrıs türkü qardaşlarımızın mövcud sıxıntıları içində yaşadıqları müstəqil dövlət vardır. Kıbrıs Türk Dövlətinin ən qısa zamanda geniş şəkildə tanınması üçün bütün səylərimizi səfərbər edəcəyik. Yaxında bunun konkret nəticələrini görməyə başlayacağıq".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm