"Eren-15" əməliyyatı çərçivəsində üç terrorçu MƏHV EDİLDİ
Bizi izləyin

Region

"Eren-15" əməliyyatı çərçivəsində üç terrorçu MƏHV EDİLDİ

Ağrı vilayətinin Patnos rayonunda davam edən "Eren-15" əməliyyatı çərçivəsində bölücü terror təşkilatı PKK-nın dırnaqarası məsul şəxsi də daxil olmaqla 3 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir.

Məlumata görə, Kartevin Dağı bölgəsində PUA-SİHA tərəfindən dəstəklənən əməliyyatda aralarında bölücü terror təşkilatı PKK tərəfindən yeni təyin olunmuş qondarma Ərzurum əyaləti üzrə məsul şəxsinin də yer aldığı 3 terrorçu silahları ilə birlikdə məhv edilib.

Əməliyyatla bölücü terror təşkilatının Şərqi Anadolu və Qara dənizə soxulma cəhdlərinin qarşısı alınıb.

Hücum üçün hazırlaşan terrorçulara qarşı əməliyyatlar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm