Türkiyə ordusu 2 ŞƏHİD VERDİ: Yaralılar var
Bizi izləyin

Region

Türkiyə ordusu 2 ŞƏHİD VERDİ: Yaralılar var

Suriyanın Əl-Bab əyalətində PKK terrorçularının hücumu zamanı Türkiyə ordusu itki verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün baş verən terror aktında Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Əl-Bab əyaləti yaxınlığında baş verən terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.

Hücumdan sonra bölgədəki terror hədəfləri müəyyən edilərək dərhal atəşə tutulub.

Qeyd edək ki, "Fərat qalxanı" bölgəsi 2016-2017-ci ilərdə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı terrorçulardan təmizlənib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm