Türkiyədə günlük yoluxma sayı 17 minə yaxınlaşdı
Bizi izləyin

Region

Türkiyədə günlük yoluxma sayı 17 minə yaxınlaşdı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Publika.az xəbər verir ki, sutka ərzində ölkədə 224 198 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 16 809 nəfər təşkil edib. Qeyd olunub ki, bu, mayın 9-dan bəri ən yüksək göstəricidir.

Həmçinin, son 24 saat ərzində 63 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 585 nəfərə çatdığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm