Türkiyədə DƏHŞƏT YAŞANIR: Ölənlərin və xəsarət alanların SAYI ARTDI - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Türkiyədə DƏHŞƏT YAŞANIR: Ölənlərin və xəsarət alanların SAYI ARTDI - FOTO/VİDEO - (YENİLƏNDİ)

Türkiyədə baş verən kütləvi meşə yanğınları nəticəsində ölüm sayı 4-ə yüksəlib

Publika.az xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən yanğında 25 yaşlı Şahin Akdemir həyatını itirib.

Qeyd edək ki, Türkiyədə dünəndən davam edən kütləvi yanğınlarda ümumilikdə 4 nəfər ölüb, xəsarət alanların sayı 183-ə yüksəlib.

xxx

15:07

Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.

Publika.az xəbər verir ki, qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Məlum olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Nazirin sözlərinə görə, Manavqat mahalının Dikmen məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb.

B.Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Hadisə zonasına giriş tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən təxliyə edilib.

4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.

Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayının 62 nəfərə çatdığı vurğulanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, aidiyyəti qurumların müvafiq bölmələri yanğını hər cür texnika, avadanlıqla söndürməyə çalışır, eyni zamanda işçi heyətinə ehtiyac var. Yanğından zərərçəkən vətəndaşlara üz tutan Prezident əlavə edib ki, onun baş vermə səbəbi ciddi şəkildə araşdırılacaq: “İstəyimiz odur ki, yanğınları ən qısa müddətdə nəzarət altına alaraq söndürə bilək”.

Qeyd edək ki, indiyədək yanğınların söndürülməsinə 2 təyyarə, 8 helikopter, 50 suvarma texnikası, 2 buldozer cəlb edilib.

Aytən Məftun

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm