Bodrumda daha bir DƏHŞƏT: Beşulduzlu hotel od tutub yanır - ANBAAN VİDEO
Bizi izləyin

Region

Bodrumda daha bir DƏHŞƏT: Beşulduzlu hotel od tutub yanır - ANBAAN VİDEO

Muğla Vilayətinin Bodrum rayonunda meşəlik ərazidə baş verən yanğın "Titanic Deluxe Bodrum" hotelə keçib.

Publika.az xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

Bildirilir ki, hazırda beşulduzlu hotelin içində olan vətəndaşlar təxliyə edilir.

Əraziyə Muğla Meşə Regional Müdirliyinin və Böyükşəhər Bələdiyyəsinin yanğından mühafizə qüvvələri cəlb edilib.

Hoteldəki yanğının söndürülməsi üçün 2 helikopter və 20 yanğınsöndürmə texnikası səfərbər edilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm