Türkiyədə 63 yanğından 43-ü söndürülüb - (YENİLƏNİR)
Bizi izləyin

Region

Türkiyədə 63 yanğından 43-ü söndürülüb - (YENİLƏNİR)

İki gün ərzində ölkənin cənub bölgələrində baş verən 63 yanğından 43 -ü söndürülüb.

Bunu Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında etdiyi paylaşımda bildirib.

F.Altun "Dövlətimiz Meşələrimiz Üçün Səfərbərdir" başlığı ilə paylaşdığı görüntüyə meşə yanğınlarına müdaxilə etmək üçün istifadə olunan maşın və personal sayını daxil edib.

"Aidiyyətli qurum və təşkilatlar 4 minə yaxın personal, yüzlərlə vasitə və avadanlıq ilə 21 vilayətimizdə meşə yanğınlarına qarşı havadan və qurudan müdaxilə edir" ifadəlerini işlədən F.Altun iki gün ərzində baş verən 63 yanğından 43-nün nəzarət altında olduğunu və söndürmə işlərinin həssaslıqla davam etdiyini vurğulayıb.

xxx

09:51

Xəbər verdiyimiz kimi, Türkiyənin Adana, Osmaniye, Mersin, Kayseri, Antalya, Aydın, Muğla bölgələrini meşə yanğınları cənginə alıb. Yanğınlar zamanı 3 nəfər həyatını itirib, ağaclar və evlər yanaraq külə dönüb.

Publika.az xəbər verir ki, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ölkə daxilində 2 gündə meydana gələn 63 yanğından 42-nin nəzarət altına alındığını, 21-nin davam etdiyini açıqlayıb.

* Adanada 20 yanğından 6-sı davam edir.

* Antalyada 10 yanğından 4-ü davam edir.

* Mersində 7 yanğından 4-ü davam edir.

* Muğlada 4 yanğından 3-ü davam edir.

* Osmaniyedəki 4 yanğından 2-si davam edir.

* Kayserinin Yahyalı rayonunda yanğın davam edir.

* Digər yerlərdəki yanğınlar nəzarət altına alınıb.

Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, bu savaşda bütün xalq var gücü ilə mübarizə aparmağa davam edir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm