• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırıldı

Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırıldı

Türkiyədə baş verən 81 meşə yanğınından 70-ini lokallaşdırmaq mümkün olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri Bəkir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Adana, Osmaniye, Antalya, Mersin və Muğlada 11 yanğın davam edir.

Nazir əlavə edib ki, meşə yanğınlarının söndürülməsinə 6 təyyarə, 9 PUA, 1 pilotsuz helikopter, 1 yanğınsöndürmə tankı, 45 helikopter də daxil olmaqla çox sayda texnika və 4 mindən artıq canlı qüvvə cəlb edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR