• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Azərbaycanlılar böyük fədakarlıq göstərdilər - Fateh Mətin

  • Region
  • 1 Avqust 2021 22:13
  • 587 Baxış
Azərbaycanlılar böyük fədakarlıq göstərdilər - Fateh Mətin

"Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərdilər. Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik".

Publika.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fateh Mətin Azərtac-a açıqlamasında bildirib.

Hazır müavini deyib ki, Türkiyədə 107 yanğın hadisəsi qeydə alınıb. Göstərilən müdaxilələr nəticəsində onların 98 nəzarətə alınıb. Digər 11 məntəqədə isə yanğınlar davam edir. İnşallah ki, tezliklə bir yerdə bu fəlakətin qarşısını alıb normal həyatı bərpa edərik.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirinin (FHN) yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR