Bodrum və Milasda yanğınlar istilik elektrik stansiyasına yaxınlaşdı
Bizi izləyin

Region

Bodrum və Milasda yanğınlar istilik elektrik stansiyasına yaxınlaşdı

Türkiyənin Bodrum və Milas şəhərlərində meşə yanğınları yerli istilik elektrik stansiyasına yaxınlaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Cümhuriyyət" qəzeti məlumat yayıb.

Milas bələdiyyəsinin rəhbəri Məhəmmət Tokatın sözlərinə görə, alov Yeniköy istilik elektrik stansiyasına qədər yaxınlaşıb, ancaq külək onun istiqamətini dəyişib və yanğınsöndürənlərə yanğının istilik elektrik stansiyasına keçməsinin qarşısını almaq şansı yaranıb. Hadisə yerində yanğınsöndürən təyyarələr işləyir.

"Hazırda edə biləcəyimiz yeganə şey yaşayış sahələrini qorumaqdır. Ağacları və meşələri qoruya bilmərik", - deyə Bodrum bələdiyyəsinin rəhbəri Əhməd Aras bildirib.

Muğlanın Milas rayonunda, Beyciler adlanan ərazidə başlayan yanğın Çokertme ərazisinə yayılıb, həmin səbəbdən də polis ora girişin qarşısını alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm