Region
Xamneyi Rəisinin prezidentlik mandatını təsdiqlədi

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi yeni seçilən prezident Seyid İbrahim Rəisinin prezidentlik mandatını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ali Rəhbər yeni hökumət tez bir zamanda formalaşmasını və ölkədəki problemlərin həllini tezləşdirməsini bildirib.
Nəzərə çatdırılıb ki, yeni hökumət istehsalı artırmalı, xarici təsirləri azaltmalı və xalqın firavan yaşayışını təmin etməlidir.
Mərasimdə iyunun 18-də seçilən prezident İ. Rəisi də çıxış edib. O bildirib ki, yeni hökumətin prioritet vəzifəsi korrupsiyaya qarşı mübarizə olacaq. Xalq bu seçkilərdə iştirak etməklə ölkədəki problemlərin həllini tələb edir və biz bu problemləri həll etməliyik.
Bildirilib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində daha səmərəli iş aparılacaq.
Sonra Ali Rəhbər prezidentlik mandatını İ. Rəisiyə təqdim edib.
Tədbirdə İran ictimaiyyətinin nümayəndələri və hökumət üzvləri iştirak ediblər.
Qeyd edək ki, avqustun 5-də yeni prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 73 ölkədən 115 nümayəndənin iştirak edəcəyi gözlənilir.

-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı
-
Hadisə02:12
Şərqi Azərbaycanda neft bazası yanır - VİDEO
-
Region01:41
Mərmərə dənizinin suyu qəhvəyi rəngə boyandı - FOTO
-
İdman00:41
Ronlado Ər-Riyadda yapon restorana gəldi, rəqs etdi - Gedəndə isə...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onların məkrli planını pozun
-
İKT28 Yanvar 23:36
İctimai yerlərdəki "Wi-Fi"lar təhlükəli imiş... - RİSKLƏR
-
Səhiyyə28 Yanvar 22:49
Yaddaş pozğunluğunu aradan qaldırmağın ALTI YOLU
-
Sosial28 Yanvar 22:17
Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində - FOTO