SON DƏQİQƏ: Türkiyədə yanan istilik elektrik stansiyasında PARTLAYIŞ OLDU - VİDEO - (YENİLƏNİR)
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyədə yanan istilik elektrik stansiyasında PARTLAYIŞ OLDU - VİDEO - (YENİLƏNİR)

Meşə yanğınlarının cənginə aldığı Kəmərköy İstilik Elektrik Stansiyasında partlayış baş verib.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı videogörüntülər yayıb.

xxx

00:45

Türkiyədə meşə yanğını ölkənin cənub-qərbində, Muğla əyalətinin Milas şəhəri ərazisində istilik elektrik stansiyasının alışmasına səbəb olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Məhəmməd Tokat bildirib.

"Alov istilik elektrik stansiyasını bürüdü, heyət təxliyə edilir, - mer tvitter sosial şəbəkəsindəki hesabında yazıb.

Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli ölkənin cənubunda 14 meşə yanğınının söndürülməsinin davam etdiyini xəbər verib. O, qeyd edib ki, kurort əyalətləri Antalya və Muğlada yanğınlara qarşı mübarizə davam edir.

Səhiyyə naziri Fahrettin Koca isə meşə yanğınları zamanı ölənlərin sayının 8 nəfərə, zərərçəkənlərin sayının isə 864 nəfərə yüksəldiyini bildirib.

xxx

21:12

Muğla vilayətinin Milas rayonunun Ören məhəlləsi yaxınlığında baş verən meşə yanğını axşam saatlarında daha da intensivləşib.

Publika.az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

Bildirilib ki, yanğın Fesleğen yaylasından Kəmərköy İstilik Elektrik Stansiyasının yerləşdiyi bölgəyə 500 metrə qədər yaxınlaşıb.

İlkin məlumata görə, bölgədəki yaşayış məntəqələri boşaldılıb. Alovun ram edilməsi üçün axşam saatlarında helikopterlər səfərbər edilib.

Qeyd edilib ki, 5 gündür davam edən yanğınlar Kəmərköy İstilik Elektrik Stansiyasını təhlükə altına salıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm