• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Süleyman Soylu və Etibar Mirzəyev Muğlada - FOTO

  • Region
  • 6 Avqust 2021 14:09
  • 691 Baxış
Süleyman Soylu və Etibar Mirzəyev Muğlada - FOTO

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və Fövqəladə Hallar nazirinin müavini, general Etibar Mirzəyev Muğlanın Milas bölgəsində yerləşən Yeniköy Kəmər Elektrik Stansiyasının ərazisində görüşüb, müzakirə aparıblar.

Publika.az xəbər verir ki, sözügedən ərazidə dağda baş verən yanğın dəyərləndirilib və azərbaycanlı yanğınsöndürənlərin fəaliyyəti istiqamətləri koordinasiya edilib.

Hazırda dağda yanğının söndürülməsi istiqamətində helikopterlərin dəstəyi ilə ciddi mübarizə aparılır.

Süleyman Soylu və general Etibar Mirzəyev Azərbaycan mediasına vəziyyətlə bağlı açıqlama da veriblər.

S.Soylu bildirib ki, bu əraziyə yanğın keçərsə, bütöv vilayətin enerji təminatı dayana bilər. Bunun qarşısının alınması üçün azərbaycanlı və yerli yanğınsöndürənlərin fəaliyyəti koordinasiya edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR