Türkiyədə daha 117 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 117 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 117 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 245 253 nəfər test edilib, onların 22 731-nin koronavirus testi pozitiv nəticə verib, 7365 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 77 552 661 nəfərə peyvənd tətbiq edilib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca COVID-19 infeksiyasının sürətlə yayılmasının qarşısını almaq üçün qarşıdakı 10 gün çox önəmli olduğundan peyvəndləmə prosesində aktiv iştirakla bağlı əhaliyə çağırış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm