• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Ərdoğan ELAN ETDİ: "Taliban" liderini qəbul edə bilər

  • Region
  • 12 Avqust 2021 09:00
  • 1 542 Baxış
Ərdoğan ELAN ETDİ: "Taliban" liderini qəbul edə bilər

""Taliban"la bəzi danışıqlar keçirilənə qədər hazırda müvafiq qurumlarımız fəaliyyətlərini davam etdirir. Hətta bəlkə mənim belə onların liderini qəbul etməyim mümkün ola bilər".

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda irəliləyişini davam etdirən "Taliban"la bvağlı danışarkən deyib.

Türkiyə lideri avqustun 11-də axşam qatıldığı canlı yayımda gündəmi dəyərləndirib və "Taliban"la əlaqə saxlamaq barədə siqnal verib.

Ərdoğan ABŞ əsgərlərinin may ayında başlayıb bu ayın axırında tamamlanması gözlənilən tərketmə prosesindən sonra "Taliban"ın irəlilədiyini deyib:

"Əgər onları ("Taliban") yüksək səviyyədə idarə edə bilməsək, Əfqanıstanda sülhü qorumağımız mümkün olmayacaq. Ona görə də yüksək səviyyəli səlahiyyətlilərimizi xaricə göndərdik. Eyni zamanda, bununla əlaqdar bu gün Qətərlə rəsmi danışıqlarımız oldu. "Taliban"ın atdığı addımları harada dayandıra bilərik, harada sülh istiqamətində bir addım atarıq, bunu diplomatik yolla həll etməliyik.

Həm İran qapısından, həm də İraqdan ciddi şəkildə divarlarımızı yüksəldirik. Burada yüksələn divarlar bu nizamsız köçün ölkəmizə girməsinin qarşısını almaq üçündür. Yaxalanan qanunsuz əfqan miqrantların əhəmiyyətli hissəsi səlahiyyətli qurumlar tərəfindən Əfqanıstana geri göndərildi".

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR