Türkiyədən ACI XƏBƏR: Ölüm sayı 58-ə yüksəldi - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Türkiyədən ACI XƏBƏR: Ölüm sayı 58-ə yüksəldi - (YENİLƏNDİ)

Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Belə ki, Kastamonuda 48, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib. Təbii fəlakət zamanı həmçinin 80-ə yaxın insan itkin düşüb. Məlumata görə, daşqın zonalarından itkin düşənlər haqqında ümumilikdə 77 xəbər daxil olub.

xxx

23:13

Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Ən çox həlak olan Kastamonuda qeydə alınıb.

Burada 46 nəfər təbii fəlakətin qurbanı olub. Bununla yanaşı, 8 nəfər Sinopda, 1 nəfər isə Bartın vilayətində ölüb.

xxx

20:36

Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, faciə qurbanlarının sayı 51 nəfərə çatıb.

Məlumata görə, Kastamonuda 43, Sinopda 7, Bartında 1 nəfər həlak olub.

xxx

14.08.2020 20:34

Türkiyədə seldə ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünü tvitter səhifəsində yazıb.

Bildirilir ki, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstə Sinop şəhər xəstəxanasına köçürülüb.

Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.

xxx

20:00

Türkiyədə daşqınlar nəticəsində həyatını itirənlərin sayı 31-ə yüksəlib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

"Kastamonuda 29, Sinopda 2 nəfər sel fəlakətinin qurbanı olub. Xəstəxanalarda 10 nəfərin müalicəsi, Bartında isə itkin düşən bir nəfərin axtarışı davam edir", - AFAD-dan bildirilib.

Vurğulanıb ki, normaya görə bir kvadrat metrə 100 kiloqramdan çox yaxıntının düşməsi fəlakət hesab olunur. Yalnız Bartının Ulus mahalında 11 avqustda hər kvadrat metrə 302,4 kiloqram yağış düşüb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm