SON DƏQİQƏ: Türkiyədə yanğın söndürən Rusiyanın amfibiya təyyarəsi QƏZAYA UĞRADI - 8 ÖLÜ
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyədə yanğın söndürən Rusiyanın amfibiya təyyarəsi QƏZAYA UĞRADI - 8 ÖLÜ

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb. Nəticədə təyyarədə olan bütün ekipaj üzvləri həlak olub.

Publika.az xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Qeyd edək ki, təyyarə Muğla vilayətində yanğınların söndürülməsinə cəlb olunmuşdu. Yanğının söndürülməsinə başlandıqdan sonra təyyarə ilə əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb.

Hadisənin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiya səfirliyinin əməkdaşları qəza yerinə yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm