Türkiyə ordusu 4 PKK terrorçusunu MƏHV ETDİ
Bizi izləyin

Region

Türkiyə ordusu 4 PKK terrorçusunu MƏHV ETDİ

"Barış Pınarı" əməliyyatının aparılan bölgəyə hücum edən PKK/YPG terrorçularına qarşı əks-həmlə həyata keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmlə nəticəsində 4 terrorçu məhv edilib.

Qeyd edilib ki, sülh və əmin-amanlıq mühitini pozmaq istəyən PKK/YPG terror təşkilatı işğal altında saxladığı ərazilərdən "Barış Pınarı" əməliyyatının aparıldığı bölgənin sərhədləri daxilinə zaman-zaman hücumlar təşkil edir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm