Ərdoğan iddiaları TƏKZİB ETDİ: Rəqəmlərin hamısı yalandır...
Bizi izləyin

Region

Ərdoğan iddiaları TƏKZİB ETDİ: Rəqəmlərin hamısı yalandır...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandan Türkiyəyə 1,5 milyon qaçqının köç etməsi ilə bağlı iddiaları təkzib edib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, ölkə başçısı İstanbulda Kerem Aydınlar məscidində cümə namazından sonra bu məsələ ilə bağlı açıqlama verib.

"Təəssüf ki, müxalifətin söylədiyi bu rəqəmlərin hamısı yalandır. Türkiyədə hazırda qeydiyyatda olan və qeydiyyatsız 300 min əfqan miqrant var", - deyə Türkiyə Prezidenti vurğulayıb.

"Əfqanıstan xalqı dost, müsəlman xalqıdır və dostlarımıza sərhədləri bağlamağa haqqımız yoxdur", - Ərdoğan vurğulayıb.

Bildirək ki, Türkiyə Əfqanıstan da daxil olmaqla qanunsuz miqrasiyanın qarşısını almaq üçün əlindən gələni edir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm