Akardan Əfqanıstan AÇIQLAMASI: Hər şey yolunda getməsə, 24 saat ərzində...
Bizi izləyin

Region

Akardan Əfqanıstan AÇIQLAMASI: Hər şey yolunda getməsə, 24 saat ərzində...

Bütün görüşlərdə həmsöhbətlərimizə razılaşma olacağı təqdirdə Əfqanıstanda qalacağımızı söylədik. Hava limanı bağlanarsa, mədəniyyətdən sağlamlığa, iqtisadiyyatdan ticarətə qədər bütün Əfqanıstan bağlanacaq.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, NATO ölkələri hava limanı bağlandıqda geri çəkiləcəyini bildiriblər:

"Geri çəkilsələr, təcrid olunmuş bir dövlətə çevriləcəklər, kimlə danışacaqlar? Ona görə də əfqan qardaşlarımıza zərər verilməməlidir. 6 ildir biz buna çalışırıq. Bu missiyanı da davam etdirək. Bu, heç kimə zərər vermir. Önəmli olan əfqan qardaşlarımızın, ölkəmizin və millətimizin hüquq və maraqlarıdır. Bu mənada aidiyyəti qurumlarla əlaqələr qurulur. Onlardan gələn müsbət cavablar da var. Şübhəsiz ki, optimizm havası yoxdur. Hər şey düzgün yolunda getməzsə, hadisələr əksinə cərəyan edərsə və hansısa bir problem görsək, 24 saat ərzində oranı tərk edəcəyik", - H.Akar qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm