Moskva Krım məsələsini Ankara ilə müzakirə etmək istəyir
Bizi izləyin

Region

Moskva Krım məsələsini Ankara ilə müzakirə etmək istəyir

Rusiya Türkiyə və digər ölkələrlə Krımla bağlı mövqeyini müzakirə etmək istiqamətində işləyəcək.

Publika.az
xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri peskob “krım Platforması” haqda danışarkən deyib.

Peskov bildirib ki, Türkiyənin “Krım Ukraynadır” mövqeyini qəbul etmirlər.

“Rusiya və Türkiyə tərəfdaşlıq əlaqələrinə malikdir, iqtisadi əməkdaşlıq var. Lakin bəzi məsələlərdə fikir ayrılığı da mövcuddur, Krım məsələsi bunlardan biridir”, - o deyib.

Peskov problemlərin dialoq yolu ilə həllinin tərəfdarı olduqlarını qeyd edib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Krım Platformasında iştirakı zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib və bəyan edib ki, “Krım Ukraynadır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm