İraqda PKK terrorçuları məhv edildi
Bizi izləyin

Region

İraqda PKK terrorçuları məhv edildi

Türkiyənin Hərbi Qüvvələri İraqın şimalında “Pençe-Şimşek” əməliyyat zonasında PKK təşkilatının terrorçularını zərərsizləşdirib.

Pubika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyata ATAK helikopterləri də cəlb edilib. Əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib.

Nazirlik İraqın şimalında terrorçulara qarşı əməliyyatların bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə bir sıra qanlı cinayətlər, terror aktları həyata keçiriblər. Nəticədə təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin terrorçular tərəfindən qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm