Ərdoğanın yazdığı kitab dünya liderlərinə təqdim ediləcək
Bizi izləyin

Region

Ərdoğanın yazdığı kitab dünya liderlərinə təqdim ediləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazdığı "Daha ədalətli dünya mümkündür" kitabı aparıcı ölkələrin liderlərinə təqdim ediləcək.

Publika.az "DHA"ya istinadla xəbər verir ki, Türkiyə prezidentinin qələmə aldığı kitab ərəb, ingilis və fransız dillərinə tərcümə edilib.

Kitabın Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti zirvə görüşündə dünya liderlərinə təqdim ediləcəyi vurğulanıb.

Kitabda dünyadakı ədalətsizlik, miqrasiyanın səbəbləri, islamofobiya, həmçinin BMT-dəki sistem və struktur dəyişikliklərinin vacibliyi kimi məsələlərə toxunulub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm