Türkiyədə daha 213 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 213 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutka ərzində koronavirusdan 213 nəfər vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda koronavirula bağlı 338 873 nəfərdən test götürülüb, onların 26 398-nin testi pozitiv nəticə verib, 27 160 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 84.86%-ə bir doza, 67.7%-ə iki doza koronavirus əleyhinə vaksin vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm